AZ

"Oscar" mərasiminə qatılmaq əvəzinə Ukraynaya gedən Şon Pennin fotoları yayıldı

Amerikalı aktyor və kinorejissor Şon Penn Ukrayna Silahlı Qüvvələrinin 157-ci Briqadasının əsgərləri ilə görüşüb.

Publika.az xəbər verir ki, bununla bağlı sosial mediada paylaşılan fotolarda məşhuru ​​Ukrayna prezident aparatının keçmiş rəhbəri Andrey Yermakın da müşayiət etdiyi görünür.

Onlar birlikdə Slovyansk şəhərinə səfər ediblər.

Penn hərbçilərlə danışıb, cəsarətlərinə görə təşəkkür edib və səmimi dəstəyini ifadə edib.

Ukrayna Dəmir Yollarının (UD) nümayəndələri daha sonra aktyora xüsusi heykəlcik təqdim ediblər. Onlar aktyorun Ukraynaya planlaşdırılan səfəri səbəbindən "Oscar" mərasimində iştirak etməməsi səbəbində ulduza bu hədiyyəni təqdim etmək qərarına gəliblər.

Seçilən
17
3
publika.az

4Mənbələr