AZ

ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 39 trilyon dolları keçib

BAKI, 19 mart. TELEQRAF

ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 39 trilyon dollar həddini aşıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, martın 17-nə olan məlumata əsasən, ABŞ-nin dövlət borcu 39,016 trilyon dollardan çox olub.

Bundan əvvəl Beynəlxalq Valyuta Fondu hesablamışdı ki, ABŞ-nin dövlət borcu 2031-ci ilə qədər ölkənin ümumi daxili məhsulunun 140 faizinə çata bilər.

Seçilən
70
teleqraf.com

1Mənbələr