AZ

Sudanın dron zərbəsi nəticəsində Çadda azı 16 nəfər ölüb

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çadda Sudandan gələn pilotsuz uçuş aparatının zərbəsi nəticəsində azı 16 nəfər həyatını itirib.

Oxu.Az xəbər verir ki, bu barədə yerli sakinlərə istinadən "Alwihda" portalı məlumat yayıb.

Hadisə Sudanla sərhəddə yerləşən Tine şəhərində baş verib. Bildirilir ki, pilotsuz uçuş aparatı vasitəsilə mədrəsəyə partlayıcı qurğu atılıb.

Qeyd edək ki, fevralın 23-də Çad hökuməti Sudanla sərhədi bağlayıb. Buna səbəb Sudan ərazisində davam edən döyüşlər fonunda silahlı qruplaşmaların ölkəyə keçməsinin qarşısını almaqdır.

Sudanda vəziyyət 2023-cü ilin aprelindən etibarən ordu ilə "Sürətli reaksiya qüvvələri" arasında baş verən qarşıdurma səbəbindən kəskinləşib. Münaqişə nəticəsində on minlərlə insan həlak olub, milyonlarla vətəndaş isə evlərini tərk edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
146
oxu.az

1Mənbələr