Rusiya və Ukrayna arasında Birləşmiş Ştatların vasitəçi qismində iştirakı ilə üçtərəfli danışıqlar prosesi dayandırılıb.
"Far.Az" xəbər verir ki, bu barədə "İzvestiya" qəzetinə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
O izah edib ki, Rusiya Prezidentinin xarici dövlətlərlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev ikitərəfli Rusiya-Amerika qrupu formatında öz fəaliyyətini dayandırmayıb.
"Kirill Dmitriyev işləməyə davam edir. Üçtərəfli qrup isə fasilə verib", - Peskov dəqiqləşdirib.
Daha əvvəl MKİ direktoru Con Retkliff bildirib ki, ABŞ İrandakı eskalasiyaya baxmayaraq, bundan sonra da Ukraynanı dəstəkləmək niyyətindədir.