AZ

Hindistan Hörmüz boğazında tankerlərini qorumaq üçün hərbi gəmilər göndərib

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Hindistan regionda gərginliyin artması fonunda tankerlərini müşayiət etmək üçün Hörmüz boğazı ərazisinə altıdan çox hərbi gəmi göndərib.

Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Gəmilər boğazın şərq hissəsində yerləşdiriləcək və birbaşa su yoluna daxil olmadan tankerləri Ərəbistan dənizinin şimal hissəsindəki təhlükəsiz sulara qədər müşayiət edəcək. Əməliyyat 2019-cu ildən həyata keçirilən "Sankalp" missiyası çərçivəsində aparılır.

Son günlər Hindistan artıq iki dövlət LNG tankerinin təhlükəsiz keçidini təmin edib və daha bir neçə gəminin keçidi ilə bağlı İranla danışıqlar aparır.

Məlumata görə, Fars körfəzində Hindistan bayrağı altında üzən 22 gəmi, o cümlədən altı qazdaşıyan və dörd neft tankeri qalır.

Qeyd olunur ki, Hindistan ABŞ Prezidenti Donald Trampın digər ölkələri boğaza hərbi gəmilər göndərməyə çağırışına birbaşa reaksiya verməyib.

Hörmüz boğazı fevralın sonundan faktiki olaraq bağlıdır və bu, Hindistanda qaz çatışmazlığına səbəb olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
110
45
oxu.az

10Mənbələr