AZ

Trampdan tarixi qərar: yüzillik qanun keçərsiz oldu

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdəki müharibə və Hörmüz boğazının qapadılması səbəbindən rekord həddə çatan neft qiymətlərini cilovlamaq üçün tarixi qərar verib.

Publika.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Levitt “X”dəki paylaşımında bildirib.

Belə ki, Tramp ölkə limanları arasında dəniz yük daşımalarının yalnız Amerika gəmiçilik şirkətləri tərəfindən həyata keçirilməsinə icazə verən qanunun qüvvəsini dayandırıb.

Trampın qərarı ilə 1920-ci ildə qəbul edilmiş “Cons aktı” (Jones Act) 60 gün müddətinə dayandırılıb.

Levitt vurğulayıb ki, belə fasilələr qısamüddətli olacaq. Onun sözlərinə görə, bu addım neft, təbii qaz, gübrə və kömür kimi əsas resursların ABŞ limanlarına sərbəst daşınmasını təmin etməyə imkan verəcək.

Seçilən
56
publika.az

1Mənbələr