Türkiyə Superliqasında 27-ci tur davam edir.
İdman.Biz-in məlumatına görə, turun üç oyunu keçirilib.
“Trabzonspor” səfərdə “Eyüpspor”u 1:0 hesabı ilə məğlub edib. Felipe Auqusto matçın yeganə qolunu 66-cı dəqiqədə vurub.
Digər matçda isə “Başakşehir” və “Antalyaspor” 0:0 hesabı ilə heç-heçə ediblər.
Günün ən məhsuldar oyunu “Alanyaspor” və “Kocaelispor” arasında keçirilən görüş olub və ev sahibləri 5:0 hesabı ilə qəti qələbə qazanıblar.
Turun ilk oyununda “Fənərbağça” “Qaziantep”i 4:1 hesabı ilə məğlub etmişdi. “Göztəpə” – “Qalatasaray” və “Rizespor” – “Samsunspor” oyunları təxirə salınıb.