AZ

Trampdan İsrailə “YAŞIL İŞIQ”: Qaz yatağına zərbə DƏSTƏKLƏNDİ

Tramp İsrailin İranın “Cənub Pars” qaz yatağına zərbəsini dəstəkləyib.

İnterpress.az xəbər verir ki, bu barədə WSJ məlumat yayıb.

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı ilə bağlı xəbərdarlıq məqsədilə İsrailin İranın “Cənub Pars” qaz yatağına endirdiyi zərbəni dəstəklədiyini bildirib.

Lakin ABŞ rəsmilərinin sözlərinə görə, Trampın mövqeyində müəyyən dəyişiklik müşahidə olunur.

Mənbələr qeyd edir ki, hazırda Tramp İranın enerji obyektlərinə qarşı növbəti hücumların əleyhinədir.

Bildirilir ki, bu qərar yalnız İranın münaqişəni daha da kəskinləşdirəcəyi təqdirdə dəyişə bilər.

Vaşinqton rəsmiləri vurğulayırlar ki, hazırkı məqsəd gərginliyin nəzarətdən çıxmasının qarşısını almaqdır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
80
interpress.az

1Mənbələr