AZ

66 illik sükut pozulur: Belçikalı diplomat Lumumbanın qətlinə görə cavab verəcək

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Brüssel birinci instansiya məhkəməsi sabiq diplomat Etyen Davinyonun Konqonun ilk baş naziri Patris Lumumbanın 1961-ci ildə qətlə yetirilməsi işi üzrə mühakimə olunması barədə qərar qəbul edib.

Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" və BBC məlumat yayıb.

Məhkəmə prosesinin 2027-ci ilin yanvarında başlanması gözlənilir.

Patris Lumumba 1960-cı ildə müstəqillik qazanmış Konqo Respublikasının ilk hökumətinə rəhbərlik edib. Lakin cəmi bir neçə ay sonra - həmin ilin sentyabrında Belçika siyasətçilərinin də iştirak etdiyi hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb. O, 1961-ci ilin yanvarında Katanqa bölgəsində vəhşicəsinə qətlə yetirilib.

Hazırda 93 yaşı olan Etyen Davinyon qətl hadisəsi baş verən dövrdə gənc diplomat-stajor kimi fəaliyyət göstərib. O, 2011-ci ildə Lumumbanın ailəsi tərəfindən iddia qaldırılan 10 belçikalı rəsmi şəxsdən hazırda sağ qalan yeganə fərddir.

Qeyd edək ki, Belçika hökuməti illər sonra Patris Lumumbanın qətlinə görə mənəvi məsuliyyət daşıdığını rəsmən etiraf edib və Konqo xalqından üzr istəyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
68
oxu.az

1Mənbələr