AZ

Xərçəngə tutulan Lerçekin cinayət işinə xitam verildi

Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Lerçek kimi tanınan rusiyalı bloger Valeriya Çekalina barəsində açılmış cinayət işinin icrası dayandırılıb.

Axşam.az xəbər verir ki, məhkəmə blogerdə xərçəng xəstəliyinin olduğunu təsdiqləyən sənədləri qəbul edib. Prokurorluq 250 milyon rublun BƏƏ-yə çıxarılması ilə bağlı cinayət işinin dayandırılmasına razılıq verib. Eyni zamanda, qurum məhkəmədən ev dustaqlığı qətimkan tədbirinin müəyyən hərəkətlərə qadağa ilə əvəz olunmasını istəyib.

Məlumata görə, Lerçekdə əlavə olaraq beyin şişi də aşkarlanıb. Şiş xoşxassəlidir, lakin toxumalara təzyiq göstərdiyi üçün davamlı baş ağrılarına səbəb olur.

Qeyd edək ki, martın 13-də Valeriya Çekalina kimyaterapiya kursuna başlamaq üçün xəstəxanaya yerləşdirilib. Son məlumata görə, Lerçek ev dustaqlığından azad edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
82
axsam.az

1Mənbələr