AZ

Robot-ofisiant “dəli oldu” – restoranda xaos - VİDEO

Kaliforniyada restoranlardan birində qeyri-adi hadisə baş verib.

Musavat.com xəbər verir ki, müəssisədə xidmət göstərən robot-ofisiant qəfil nasazlıq keçirərək nəzarətdən çıxıb.

Məlumata görə, elektron köməkçi qəfil qab-qacağı yerə çırpmağa başlayıb, ardınca isə qəribə şəkildə “rəqs edib”. Bu gözlənilməz davranış həm personalı, həm də müştəriləri təəccübləndirib. 

Hadisə yerində olan əməkdaşlar robotu sakitləşdirmək üçün birgə müdaxilə etmək məcburiyyətində qalıblar. Nəticədə cihaz söndürülərək vəziyyət nəzarətə götürülüb.

İlkin ehtimallara görə, nasazlıq proqram təminatında baş verən səhvlə bağlı ola bilər.

 

Musavat.com

Seçilən
37
musavat.com

1Mənbələr