AZ

İran Qətərin və dünyanın ən böyük maye qaz kompleksini vurdu - Körfəz yanır

İran Qətərin və dünyanın ən böyük maye qaz kompleksini vurub.

Musavat.com xəbər verir ki, zərbədən sonra Ras-Laffan neft-qaz kompleksində güclü partlayış baş verib, ardınca genişmiqyaslı yanğın qeydə alınıb. İlkin məlumatlara görə, hadisə sənaye zonasının böyük hissəsini əhatə edib.

Bildirilib ki, Ras-Laffan dünyada mayeləşdirilmiş qaz istehsalının əsas mərkəzlərindən biridir və burada yerləşən terminallar qlobal LNG tədarükündə mühüm paya malikdir.

Qətər rəsmiləri hücumu kəskin şəkildə pisləyib və cavab hüququnu özlərində saxladıqlarını bəyan ediblər. Rəsmi açıqlamada enerji obyektlərinin hədəfə alınmasının qəbuledilməz olduğu vurğulanıb.

Eyni vaxtda Birləşmiş Ərəb Əmirlikləri də İsrailin İran ərazisində yerləşən qaz yatağına hücumuna münasibət bildirib. BƏƏ Xarici İşlər Nazirliyi bu addımı “təhlükəli eskalasiya” adlandıraraq regionda vəziyyətin daha da gərginləşə biləcəyi barədə xəbərdarlıq edib. 


Musavat.com

Seçilən
16
musavat.com

1Mənbələr