AZ

Bakı metrosunda törədilən terrordan 32 il ötür

"20 Yanvar" metrostansiyasında törədilən terror aktından 32 il keçir.

"Unikal" xəbər verir ki, qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayananda işə düşüb. Partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. Həlak olanların arasında Azərbaycan xalq artisti Rafiq Babayev də olub.

Məhkəmə orqanları metrostansiyadakı terror aksiyasının Ermənistan xüsusi xidmət orqanlarının hazırladığını, separatçı "Sadval" ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirildiyini sübuta yetirib.

Seçilən
64
unikal.az

1Mənbələr