AZ

Penitensiar müəssisələrdə sıxlıq tibbi xidmətlərə çıxışı çətinləşdirir Yeni təklif

Gununsesi saytına istinadən ain.az xəbər verir.

Penitensiar müəssisələrdə müşahidə olunan sıxlıq probleminin tibbi xidmətlərə mənfi təsirləri ilə bağlı yeni təşəbbüs irəli sürülüb.

Gununsesi.info  xəbər verir ki, xüsusilə istintaq təcridxanalarında saxlanılan şəxslərin sayının normadan artıq olması tibbi xidmətlərə əlçatanlıqda ciddi çətinliklər yaradır.

Məlumata görə, mövcud vəziyyətin yaxşılaşdırılması məqsədilə tibbi təminat sisteminin yenidən tənzimlənməsi təklif olunur. Təklifə əsasən, penitensiar müəssisələrdə tibbi heyətin sayı, dərman təminatı və digər tibbi ləvazimatlar müəssisənin rəsmi saxlanma limitinə deyil, faktiki olaraq orada saxlanılan şəxslərin sayına uyğunlaşdırılmalıdır.

Bildirilir ki, bu dəyişikliklərin tətbiqi məhkumların və saxlanılan şəxslərin tibbi xidmətlərə daha operativ və keyfiyyətli çıxışını təmin edə bilər. Eyni zamanda, sıxlıq səbəbindən yaranan sağlamlıq risklərinin azaldılması və ümumi sanitar vəziyyətin yaxşılaşdırılması baxımından da mühüm addım kimi qiymətləndirilir.

Qeyd edək ki, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ötən ilki fəaliyyətinə dair məruzəsini parlamentə təqdim edib.

Sözügedən məruzədə aidiyyəti qurumlara təklif və tövsiyələr əks olunub.

Orxan

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
38
icma.az

1Mənbələr