AZ

İranda casusluq ittihamı ilə İsveç vətəndaşı edam edilib » AzadMedia.az

İranda


İranda casusluq ittihamı ilə İsveç vətəndaşı edam edilib
İranda casusluqda ittiham olunan İsveç vətəndaşı edam edilib. Bu barədə İsveç Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, edam edilən şəxs 2019-cu ildə İsveç vətəndaşlığını qəbul edib və eyni zamanda İran vətəndaşı olub.

Hadisə ilə bağlı İsveç tərəfi etirazını ifadə edib. İsveç Xarici İşlər Nazirliyi İran səfirini çağıraraq rəsmi etiraz notası təqdim edib.

İsveçin xarici işlər naziri Maria Malmer Stenergard sosial şəbəkədə paylaşımında qeyd edib ki, baş verənlərə görə bütün məsuliyyət İranın üzərinə düşür. O vurğulayıb ki, İsveç İranda insan hüquqlarının ciddi şəkildə pozulmasını bundan sonra da qınamağa davam edəcək.

Nazir həmçinin bildirib ki, həmin şəxs ötən ilin iyun ayında həbs olunduqdan sonra İsveç bu məsələni müxtəlif səviyyələrdə dəfələrlə İran tərəfi qarşısında qaldırıb.

Seçilən
92
1
azadmedia.az

2Mənbələr