“Real”ın heyətində ciddi itki baş verib.
İdmanxeber.az-ın məlumatına görə, komandanın əsas qapıçısı Tibo Kurtua zədələnib. O, “Mançester Siti” ilə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda fasilədə əvəzlənib.
33 yaşlı qolkiper La Liqanın 29-cu turunda “Atletiko” ilə oyunu buraxacaq. Madrid derbisi martın 23-də keçiriləcək.
Kurtua bu mövsüm 41 oyunda 39 qol buraxıb, 15 matçda isə qapısını toxunulmaz saxlayıb.