AZ

ABŞ viza zəmanəti proqramını 50 ölkəyə genişləndirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ viza zəmanəti proqramını 50 ölkəyə genişləndirib.

Banco.azxəbər verir ki, ABŞ hökuməti viza müraciətlərində 5 min ilə 15 min dollar arasında təminat ödənişinin yatırılmasını məcburi edən ölkələrin sayını 50-yə çatdırıb.

ABŞ Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində yayımlanan məlumata görə, daha əvvəl 38 ölkəni əhatə edən siyahıya əlavə olaraq daha 12 ölkə daxil edilib.

Siyahıya yeni daxil edilən ölkələr bunlardır: Kamboca, Efiopiya, Gürcüstan, Qrenada, Lesoto, Mavrikiy, Monqolustan, Mozambik, Nikaraqua, Papua Yeni Qvineya, Seyşel adaları və Tunis.

Bu dəyişiklikdən sonra viza müraciətlərində 5 min ilə 15 min dollar arasında təminat tələb olunan ölkələrin sayı 50-yə yüksəlib.

Yeni əlavə edilən ölkələrlə birlikdə siyahının böyük hissəsini Afrika ölkələri təşkil edir, eyni zamanda Latın Amerikası və Asiya-Sakit okean bölgəsindən də bir çox ölkə bu tətbiqə daxil edilib.

Digər tərəfdən, ABŞ hökuməti 2025-ci ilin dekabr ayında viza güzəşti proqramına daxil olan 42 ölkədən gələn turistlərin sosial media keçmişinin yoxlanılmasını planlaşdırdığını da açıqlamışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
17
1
banco.az

2Mənbələr