AZ

Müctəba Xamenei: “Qan yerdə qalmayacaq”

İranın yeni ali lideri hesab edilən, lakin fevralın 28-dən bəri heç kimin görmədiyi Müctəba Xameneinin “fantom” sosial şəbəkə hesabında Əli Laricaninin öldürülməsi ilə bağlı başsağlığı mətni yayımlanıb.

NOCOMMENT.az xəbər verir ki, paylaşımda qisas mesajı yer alıb: “Hər qan üçün bir qan intiqamı olacaq və qatillər bunu tezliklə ödəməli olacaqlar”.

Qeyd edək ki, İsrail və ABŞ-ın İrana endirdiyi zərbələrdən sonra Müctəba Xameneyinin harada olması və səhhəti barədə rəsmi məlumatın yoxluğu, bu cür paylaşımların “fantom” (sirli/qeyri-real) hesablar tərəfindən edilməsi suallar doğurur. Laricaninin ölümündən sonra gələn bu təhdid dolu bəyanat bölgədəki gərginliyi daha da alovlandırıb.

Sara,
NOCOMMENT.az

Seçilən
26
nocomment.az

1Mənbələr