AZ

Binaların elektrik şəbəkələrinə şarj cihazlarının qoşulması təhlükəldir?VİDEO

Ötən gün Xətai rayonu ərazisində yerləşən yanğın baş verən binadan elektrikli avtomobillərin şarj edilməsi üçün kabellər asılırmış...

Xezerxeber.az-ın xəbərinə görə, sakinlər deyirlər ki, hadisəyə səbəb avtomobillərin qaydalara uyğun olmayan şəkildə mənzillərdə şarja qoyulmasıdır. Məsələ ilə bağlı təhlükəszilik ekspertləri də xəbərdarlıq edir. Bildirilir ki, bu kimi hallar ciddi təhlükədir.

Elmar Nurəliyev qeyd edib ki, şart məntəqləri müəyyən standartlar əsasında hazırlanıb. Mənzillərdə isə bu şəraiti qurmaq mükün deyil.

Ekspert bildirir ki, belə cihazları fərdi yaşayış evlərində qaydalara əsasən quraşdırmaq olar. Çoxmərtəbəli binalar isə tikilərkən layihələndirmə zamanı elektrikli avtomobillərin şarj edilməsi məsələsi nəzərə alınmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
87
xezerxeber.az

1Mənbələr