AZ

“Real” Madrid derbisinə ciddi itki ilə çıxa bilər

“Real”ın qapıçısı Tibo Kurtua Çempionlar Liqasında “Mançester Siti”yə qarşı keçirilən oyunda yalnız ilk hissədə çıxış edib.

Publika.az xəbər verir ki, belçikalı qolkiper zədə aldığı üçün fasilədə əvəzlənib və onun yerinə Andrey Lunin meydana daxil olub. Kurtuanın zədəsinin ciddilik dərəcəsi hələ dəqiq müəyyənləşdirilməyib.

Bu səbəbdən onun “Atletiko Madrid”ə qarşı keçiriləcək derbidə iştirakı sual altındadır. Məlumatı jurnalist Alberto Pereyro yayıb.

Qeyd edək ki, İngiltərədə qazanılan qələbədən sonra “Real”ın baş məşqçisi Alvaro Arbeloa Kurtuanın derbidə oynaya biləcəyini gözlədiyini bildirib.

Seçilən
76
publika.az

1Mənbələr