Qapısı açıq, həyətində yanğın zamanı sıradan çıxmış tullantılar...
Xezerxeber.az xəbər verir ki, Bakının Binəqədi rayonu, Baksol yolu ərazisində ötən gecə baş verən yanğın hadisəsindən sonra geriyə qalan görüntülər bunlardır.
Kimisi kifayət qədər geniş ərazini əhatə edən bu həyətdə mebel sexinin, kimisi də müxtəlif istiqamətli məişət avadanlıqlarının istehsal olunduğunu desələr də kameramızın obyektivindən yayındılar. Sexə məsul əməkdaçlar isə hasardan aşaraq suallarımız cavablandırmaqdan imtina etdilər.
Yanan sexə bitişik ərazidə fəliyyət göstərən dayancaq gözətçisi isə müəssisənin işlək sex olduğunu yox, anbar kimi fəaliyyət göstərdiyini bildirdi.
Təxminən bir saat gözlədik sexin sahibi əraziyə gəlsə də nəinki dəyən ziyanla bağlı açıqlama verməkdən, hətta yanğının səbəblərindən belə danımayacağını bildirdi. O, müvafiq qurumların araşdırmasından sonra dəqiq məlumat paylaşacağını dedi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.