AZ

DİN yanında İctimai Şuranın iclası keçirilib

Ayna portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Şuraya sədr seçilib

DİN yanında İctimai Şuranın mətbuat üçün açıqlamasıDİN yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib. AYNA.AZ xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Martın 18-də Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib.Azpost.info bildirir ki, İclasda Şuranın təşkilati məsələləri müzakirə olunub, gündəlik təsdiqlənib və rəhbər heyət formalaşdırılıb.

Səsvermənin nəticələrinə əsasən, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri seçilib. DİN Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Fərhad Süleymanov sədr müavini, Azərbaycan Jurnalistləri Birliyinin üzvü, əməkdar jurnalist İxtiyar Hüseynli isə Şuranın katibi seçilib.

İclasda İctimai Şuranın qarşıdakı iki il üçün fəaliyyət planının hazırlanması barədə qərar qəbul edilib.Göstərilən etimada görə Şüra üzvlərinə təşəkkür edən Ə.Nuriyev bildirib ki, İctimai Şura öz fəaliyyətində qanunun aliliyinə əsaslanaraq, şəffaflıq, obyektivlik, peşəkarlıq və dövlət–cəmiyyət əməkdaşlığının gücləndirilməsi prinsiplərini rəhbər tutacaq.

İclasdan sonra Daxili işlər nazirinin müavini, DİN yanında İctimai Şuraya seçkilər üzrə seçki komissiyasının sədri, general-leytenant İsmət Əliyev Şura üzvlərinə vəsiqələri təqdim edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
113
14
ayna.az

10Mənbələr