Tbilisi, 18 mart, AZƏRTAC
Müqəddəs Sinod Senaki və Çxorotsku Metropoliti Şionun Bütün Gürcüstanın Katolikos-Patriarxı vəzifəsinə təyin edilməsini təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Patriarxatda keçirilən brifinqdə Tao-Klarjeti Metropoliti Teodor məlumat verib.
Müqəddəs Şio çıxışında Müqəddəs Sinodun üzvlərinə başsağlığı verib, Katolikos-Patriarxı II İliyanın xalqa və kilsəyə uzun illər xidmət etdiyini vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi