AZ

Məşhur futbolçu baş məşqçi oldu

İngiltərə yığmasının sabiq müdafiəçisi Eşli Koul “Çezena”nın baş məşqçisi təyin edilib.

45 yaşlı mütəxəssisin təyinatını İtaliya klubunun mətbuat xidməti xəbər verib.

Məlumata görə, tərəflər arasında imzalanan müqavilənin müddəti iyunun 30-na qədər nəzərdə tutulub və anlaşmada müddətin uzadılması ilə bağlı maddə də var.

Qeyd edək ki, Koul məşqçilik karyerası ərzində “Çelsi”nin gənclərdən ibarət komandasında çalışıb. O, həmçinin İngiltərə yığmasının gənclər və əsas komandasında, həmçinin “Everton”, “Birmingem” klublarında köməkçi-məşqçi kimi fəaliyyət göstərib.

B seriyasında çıxış edən “Çezena” hazırda 30 turdan sonra 40 xalla turnir cədvəlində 8-ci yeri tutur.

Seçilən
16
1
football-plus.az

3Mənbələr