AZ

Şoyqudan etiraf: “Artıq Ural da təhlükəsiz deyil”

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ölkənin hava hücumundan müdafiə potensialı ilə bağlı diqqətçəkən bir etiraf edib. 

"Cebheinfo.az" xəbər verir ki, Şoyqu daha əvvəl Ukraynadan gələ biləcək hava hücumlarına qarşı təhlükəsiz zona hesab edilən Ural dağlarının artıq birbaşa təhdid altında olduğunu bildirib.

Şoyqunun bu açıqlaması Ukraynanın son dövrlərdə artan uzaqmənzilli PUA  hücumları fonunda səslənib. Rusiya Təhlükəsizlik Şurasının katibi: 

"Yaxın zamana qədər Ural Ukrayna ərazilərindən gələ biləcək hava hücumları üçün əlçatmaz bir bölgə idi. Bu gün isə bura birbaşa təhdid altında olan bir zonadadır", — ifadələrini işlədib.

Bu bəyanat Rusiyanın müharibə boyu "təhlükəsiz arxa cəbhə" kimi xarakterizə etdiyi strateji dərinliyin artıq qoruna bilməməsinin rəsmi səviyyədə qəbulu mənasına gəlir.

Şoyqunun bu sözləri Rusiyanın hava hücumundan müdafiə strategiyasında köklü dəyişikliklərə getməli olduğunun rəsmi təsdiqi kimi yozulur.

Ekspertlər qeyd edirlər ki, görüləcək tədbirlər olduqca baha başa gələcək, lakin bu, baş verə biləcək dağıntıların fəsadları ilə müqayisə oluna bilməz.

Hətta bu prosesin Rusiyanı dünyanın ən qabaqcıl hava hücumundan müdafiə sistemlərini istehsal edən və idarə edən ölkəsinə çevirə biləcəyi də ehtimal olunur.

Nigar Hacılı 

"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
53
1
cebheinfo.az

2Mənbələr