AZ

İran İsveç vətəndaşını edam etdi: Stokholm rəsmi Tehranın səfirini XİN-ə çağırdı

İran çərşənbə günü İsveç vətəndaşını edam edib. Bu qərardan dərhal sonra Stokholm İranın səfirini XİN-ə çağıraraq hadisəni sərt şəkildə qınayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard məlumat verib.

“Ölüm hökmü qeyri-insani, qəddar və geri dönməz bir cəzadır. İsveç, Avropa İttifaqı ilə birlikdə, istənilən şəraitdə bu cəzanın tətbiqini pisləyir”, – deyə Stenerqard vurğulayıb.

Qeyd edilib ki, adı açıqlanmayan şəxs ötən ilin iyun ayında İranda həbs edilib. İsveç tərəfi İran rəsmiləri ilə keçirilən görüşlərdə müxtəlif səviyyələrdə dəfələrlə bu məsələni qaldırsa da, edamın qarşısını almaq mümkün olmayıb.

Xatırladaq ki, bu, fevralın 28-dən etibarən İsrail və ABŞ-ın İrana endirdiyi zərbələrdən sonra həyata keçirilən ilk edam hökmüdür.

Sara,
NOCOMMENT.az

Seçilən
32
nocomment.az

1Mənbələr