AZ

“Bu transfer baş tutmasaydı, karyeramın sonuna qədər orada oynamağa davam edərdim”

Fransa millisinin və “Real”ın hücumçusu Kilian Mbappe Madrid klubuna qoşulmasa, karyerasının necə inkişaf edəcəyindən danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı forvard bunu deyib:

“PSJ-dən ayrılmağa hazır olduğum yeganə klub “Real” idi.

Bu transfer baş tutmasaydı, karyeramın sonuna qədər Parisdə oynamağa davam edərdim. PSJ-də hələ də çoxlu komanda yoldaşlarım var”.

27 yaşlı futbolçu 2024-cü ilin yayında “Real”ın heyətinə qoşulub. Onun İspaniya klubu ilə hazırkı müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir.

Seçilən
50
sportinfo.az

1Mənbələr