AZ

İşçiyə ödənişli atalıq məzuniyyəti verən işəgötürən nəyə əməl etməlidir?

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 18 mart, AZƏRTAC

İşçiyə ödənişli atalıq məzuniyyətinin verilməsi barədə əmr işəgötürən tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) e-qaydada formalaşdırılır. Bu məqsədlə cari ilin yanvar ayında ƏMAS-da yeni funksionallıq tətbiq edilib.

Bu barədə AZƏRTAC-ın sorğusuna ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən verilən cavabda bildirilib.

Qeyd olunub ki, uşağının doğulmasını təsdiq edən tibbi arayış işçi tərəfindən təqdim edildikdən sonra işəgötürən ƏMAS-da “Əmrlər” bölməsindən “Məzuniyyət əmri yarat” bölməsinə daxil olur. Sonra məzuniyyətin növünü seçir və məzuniyyətin hüquqi əsası kimi Əmək Məcəlləsinin 125-ci maddəsinin 4-cü hissəsini göstərir. Ardınca işçiyə uşağının doğulmasından əvvəl və sonrakı dövr üzrə 14 təqvim günü ödənişli məzuniyyət verilməsinə dair əmri ƏMAS üzərində formalaşdırır.

Xatıqladaq ki, qanunvericiliyə edilmiş yeni dəyişikliyə əsasən uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
4
azertag.az

5Mənbələr