AZ

“PowerChina Resources Ltd” şirkəti ilə bərpa olunan enerji layihələrinin inkişafı müzakirə edilib

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov “PowerChina Resources Ltd”şirkətinin icraçı vitse-prezidenti He Shiyou ilə görüşüb.

Trend xəbər verir ki, bubarədə Energetika Nazirliyi məlumat yayıb.

Görüşdə 160 MVt gücündə günəş elektrik stansiyası, 2 QVt gücündədənizdə külək enerjisi layihələrinin icrası, eləcə də yeniinvestisiya imkanları ilə bağlı məsələlər müzakirə edilib. Günəşenerjisi layihəsinin həyata keçirilməsi istiqamətində irəliləyişlərqeyd edilib, bu stansiyanın ölkəmizin bərpa olunan enerjilayihələrinin inkişafı ilə bağlı ikinci mərhələdə şəbəkəyəinteqrasiyasının nəzərdə tutulduğu vurğulanıb. Bu müstəvidə,hazırda Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislikİnstitutu (EPPEI) tərəfindən aparılan şəbəkə tədqiqatlarınınnəticələrinin mühüm rolu diqqətə çatdırılıb.

Görüşdə Çin şirkətinin Azərbaycanla bərpa olunan enerjisahəsində əməkdaşlığa strateji əhəmiyyət verdiyi və yeniinvestisiya imkanlarının qiymətləndirilməsində maraqlı olduğubildirilib.

Söhbət zamanı Çində ağıllı şəbəkələrin inkişafı, “yeni enerjisistemi”nin formalaşdırılması və rəqəmsal transformasiyanıngücləndirilməsi, data mərkəzləri və Sİ-nin enerji ilə təminatındabərpa olunan enerjinin payının artırılması kimi elektrik enerjisisahəsində qəbul edilmiş yeni siyasətlər, eləcə də qlobal enerji vəsənaye dəyər zəncirlərinin üzləşdiyi çağırışlara dair fikirmübadiləsi aparılıb.

Məqalədə:
Seçilən
150
6
az.trend.az

7Mənbələr