AZ

Bayram günlərində xəstəxanalar gücləndirilmiş rejimə keçir

Qarşıdan gələn Novruz və Ramazan bayramı günlərində əhalinin tibbi xidmətlərə fasiləsiz çıxışının təmin edilməsi məqsədilə 20–27 mart tarixlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin stansiyaları və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində xüsusi hazırlıq planı həyata keçirilir.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, qeyri-iş günlərində xidməti nəzarətdə saxlamaq üçün məsul şəxslərdən ibarət növbətçilik yaradılacaq, həkim briqadalarının sayı xidməti ştata uyğun təşkil olunacaq.

Bakı şəhərində 150 təcili tibbi yardım briqadası, 63 region üzrə isə 280-ə yaxın təcili tibbi yardım briqadası xidmətə hazır vəziyyətə gətirilib. Onlar tibbi ləvazimatlarla, eləcə də dərman preparatları və s. ilə tam təmin olunub.

Məlumatat görə, bayram günlərində xəstəxanaların qəbul-təcili yardım şöbələri, reanimasiya və intensiv terapiya bölmələri gücləndirilmiş növbətçilik sistemi əsasında fəaliyyət göstərəcək. Təxirəsalınmaz tibbi yardım çərçivəsində cərrahiyyə, travmatologiya, kardiologiya, nevrologiya, pediatriya, həmçinin mamalıq-ginekologiya üzrə ixtisaslı xidmətlərin fasiləsiz təşkili təmin olunacaq.

Eyni zamanda laborator və radioloji diaqnostika xidmətləri təcili müraciətlərin operativ qiymətləndirilməsi üçün hazır vəziyyətdə saxlanılacaq.

Qeyd edək ki, altıgünlük iş rejimi tətbiq olunan tibb müəssisələrində fəaliyyət 28 mart tarixindən etibarən bərpa ediləcək.

Seçilən
14
20
qaziler.az

10Mənbələr