İranın Cənubi Pars qaz yatağında yerləşən neft-kimya kompleksinə hava hücumları edilib.
Publika.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Hücumun İsrail və ya ABŞ tərəfindən həyata keçirildiyi hələlik məlum deyil.
Qeyd edək ki, Cənubi Pars dünyanın ən böyük təbii qaz yatağıdır və həm Qətər, həm də İran orada obyektlər idarə edir.