AZ

LDPR deputatı Svintsov partiyadan QOVULDU: Yekdil QƏRAR

Deputat Svintsov LDPR partiyasından xaric edilib.

İnterpress.az xəbər verir ki, bu barədə partiya aparatının rəhbər müavini Kavşar məlumat yayıb.

Rusiya Liberal Demokrat Partiyasının (LDPR) Ali Şurasının Rəyasət Heyətinin iclasında deputat Svintsovun partiya sıralarından kənarlaşdırılması barədə qərar qəbul edilib.

Məlumata görə, bu qərar iclas iştirakçıları tərəfindən yekdilliklə dəstəklənib.

Qeyd edək ki, Svintsov bir müddət əvvəl “Telegram” messencerinin mümkün bloklanması ilə bağlı verdiyi rezonans doğuran bəyanatları ilə geniş tanınmışdı.

Onun bu çıxışları cəmiyyətdə aktiv və geniş müzakirələrə səbəb olmuşdu.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
53
interpress.az

1Mənbələr