AZ

Ramin Məmmədov Salyanda vətəndaşları qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Salyan şəhərində vətəndaşları qəbul edib.

Bu barədə "Far.Az"a komitədən məlumat verilib.

Qeyd edilib ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin Salyan şəhərindəki abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad olunub.

Qəbul zamanı Şirvan şəhəri, Salyan, Hacıqabul, Neftçala və Biləsuvar rayonlarından olan vətəndaşlar İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, dini icmanın dövlət qeydiyyatına alınması, "Hər məsciddə kitabxana" layihəsi çərçivəsində ibadətgahın kitabxana ilə təmin edilməsi, həmçinin digər məsələlərlə bağlı müraciət ediblər.

Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Seçilən
14
far.az

1Mənbələr