AZ

İsrail İranın neft obyektlərini vurdu

İsrail İranın cənubundakı neft obyektlərinə və neft-kimya zavodlarına hücum edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.  

Məlumata görə, hücum nəticəsində İranın “Cənubi Pars” qaz yatağına və Əsəluyə bölgəsində yerləşən obyektlərə zərbələr endirilib. 

Yanğınsöndürənlər meydana gələn yanğının yayılmasının qarşısını almağa çalışır. 

"Cebheinfo.az"

Seçilən
32
2
cebheinfo.az

3Mənbələr