AZ

I Liqa: "Baku Sportinq"lə "Mingəçevir"in duelində qalib olmadı, "Şəfa" liderliyini möhkəmləndirdi - YENİLƏNİR

Azərbaycan I Liqasında XIX tur start götürüb. 

Fanat.Az xəbər verir ki, iki günü əhatə edəcək turun ilk oyun günündə iddialılardan "Baku Sportinq" ilə "Mingəçevir" üz-üzə gəlib, lider "Şəfa" isə "Şahdağ Qusar"ı sınağa çəkib. 

Paytaxt və bölgə təmsilçilərinin Buzovnada baş tutan görüşündə qalib müəyyənləşməyibsə, digərindən "Şəfa" qalib ayrılıb. Lider 26-cı dəqiqədə Xəyal Tomarovun qırmızı vərəqə alması ilə azlıqda qalsa da, qələbə topunu vurub. "Şahdağ Qusar"da isə Aqostinyo Çipesse matça əlavə olunmuş dəqiqələrdə meydandan qovulub.  

Tura sabah yekun vurulacaq.

Azərbaycan I Liqası
XIX tur
18 mart 

“Baku Sportinq” – “Mingəçevir” 1:1
Qollar
: İ.Allahverdiyev, 8 - K.Kalunqa, 34. 

“Şəfa” – “Şahdağ Qusar” 1:0
Qolar
: E.Zamanov, 45. 

18.00. “Səbail” – MOİK 
Hakimlər: Elvin Bayramov, Vüqar Bayramov, Sənan Atayev, Alik Yunusov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Bayıl Arena”.

Seçilən
62
2
fanat.az

5Mənbələr