AZ

ABŞ də hərbi bazada silahlı atışma olub

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-nin Nyu-Meksiko ştatında Hərbi Hava Qüvvələri bazasında atışma baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, atışma nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.

Ştatın Alamogordo bölgəsində yerləşən Holloman Hərbi Hava Qüvvələri Bazası, yerli vaxtla saat 17:30 radələrində yaxınlıqda bir şübhəlinin olması barədə məlumatlardan sonra mühasirəyə alınıb. Hakimiyyət orqanları hücumda bir nəfərin öldüyünü, bir yaralı şəxsin müalicə üçün xəstəxanaya aparıldığını və bazanın hazırda təhlükəsiz olduğunu təsdiqləyib.

Ölən və yaralanın şəxsin adları, eləcə də insidentlə bağlı əlavə məlumat verilməyib.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
68
525.az

1Mənbələr