AZ

Uşağınızı həyata hazırlayan vacib bacarıqlar

Uşaqların gündəlik həyatda qarşılaşdıqları çətinliklərin öhdəsindən gələ bilməsi üçün erkən yaşdan müəyyən bacarıqları öyrənməsi vacibdir.


Pravda.az bildirir ki, bu bacarıqlar onların həm emosional, həm də sosial inkişafına böyük təsir göstərir.


Araşdırmaya görə, uşaqların hisslərini tanımağı və idarə etməyi öyrənməsi əsas şərtlərdəndir. Əks halda, böyüdükdə problemlərdən qaçmaq və ya zərərli vərdişlərə meyl etmək riski artır.


Duyğu ilə bağlı bacarıqlar


Uşaqlara hisslərini ifadə etmək, sakitləşmək və stressi azaltmaq yolları öyrədilməlidir. Məsələn, nəfəs məşqləri, idman, musiqi ilə məşğul olmaq və ya oyun oynamaq onların emosional tarazlığını qorumağa kömək edir.


Problem həll etmə bacarığı


Uşaqlar yalnız hisslərini idarə etməyi deyil, həm də problemləri həll etməyi öyrənməlidir. Yardım istəmək, müxtəlif çıxış yolları düşünmək və qərar vermək bu bacarıqların əsas hissəsidir.


Müsbət düşüncə və özünə dəstək


Uşaqlara özləri ilə müsbət danışmaq, motivasiya tapmaq və çətin vəziyyətlərdə ruh yüksəkliyini qorumaq da vacib bacarıqlardandır.


Qeyd: Bu bacarıqları erkən yaşdan qazanan uşaqlar gələcəkdə daha uğurlu, stressə davamlı və psixoloji baxımdan sağlam fərdlərə çevrilirlər.


Əminə Bayramova 

Tarix: 18 Mart 2026, 17:01   
Seçilən
44
pravda.az

1Mənbələr