Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ ermənilərinə vətəndaşlıq verilməsi prosesinin qəsdən gecikdirilməsi barədə şayiələri təkzib edib.
Redaktor.az xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan müvafiq qurumların rəhbərlərinin iştirakı ilə Qarabağ ermənilərinin məsələləri ilə bağlı keçirilən müzakirə zamanı bildirib.
Paşinyan qeyd edib ki, hakimiyyət orqanları Qarabağ sakinlərinin vətəndaşlıq alma prosesini sürətləndirmək istəyir və bu prosesin yavaş getməsi hökuməti narahat edir.
Baş nazir əlavə edib: "Məqsədimiz qardaş və bacılarımızın mümkün qədər tez bir zamanda Ermənistana inteqrasiyasını və yerləşməsini təmin etməkdir. Onların sosial mühitə inteqrasiya etmələrini, iş və mənzil tapmalarını istəyirik."
O həmçinin bildirib ki, 2023-cü ilin sentyabr ayından etibarən hökumət Qarabağ erməniləri üçün ümumi dəyəri 145 milyard dram olan dəstək proqramları həyata keçirib.
Aminə ŞAHSUVARQIZI