AZ

“Tramp Hörmüzlə bağlı risklərdən xəbərdar idi, buna baxmayaraq hazırlıq görmədi”

BAKI, 18 mart. TELEQRAF

“ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının bağlanmasının risklərindən yaxşı xəbərdar idi, amma bunlara qarşı hazırlıq görmədi”.

Teleqraf xəbər verir ki, bunu Trampın keçmiş müşaviri Con Bolton deyib.

“2018-2019-cu illərdə bacardığım qədər tez-tez İranda rejim dəyişikliyi ideyasını irəli sürürdüm. Trampın çevrəsindəki şəxslər isə İranın Hörmüz boğazını bağlayacağını buna qarşı arqument kimi göstərirdilər. Tramp bu ehtimaldan tam xəbərdar idi, amma buna baxmayaraq hazırlıq görmədi”, - o vurğulayıb.

Seçilən
23
teleqraf.com

1Mənbələr