İsrailin Cənubi Livanda həyata keçirdiyi hava hücumu nəticəsində iki nəfər həyatını itirib, yeddi nəfər isə yaralanıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Xəbər Agentliyi məlumat yayıb.
Bildirilib ki, yaralılar arasında vəziyyəti ağır olan bir uşaq da var.
Zərbə Deir ez-Zahrani bölgəsində yerləşən yaşayış binasına endirilib.