AZ

Budapeştdə Novruz bayramı münasibətilə xeyriyyə yarmarkası təşkil edilib

Budapeşt, 18 mart, AZƏRTAC

Budapeştdə yerləşən Azərbaycan evində Novruz bayramı münasibətilə xeyriyə yarmarkası təşkil edilib.

AZƏRTAC xəbər verir ki, yarmarkada Novruz şirniyyatları ilə birlikdə milli mətbəximizin müxtəlif nümunələrinin satışı təşkil edilib və satışdan əldə edilmiş gəlirin müəyyən hissəsi xeyriyyə məqsədilə ehtiyacı olan ailələrə dəstək olaraq ayrılıb. Qeyd edək ki, milli təamları Macarıstanda yaşayan soydaşlarımız bişiriblər.

Təşkil edilmiş bayram yarmarkasına Macarıstanda yaşayan həmvətənlərimizdən əlavə müxtəlif ölkələrdə ümumilikdə 200-dən artıq qonaq qatılıb.

Tədbir zamanı gələn qonaqlar milli şirniyyatları əldə etməklə birlikdə müxtəlif xalq mahnıları və yallı ilə bayram gününü birlikdə qeyd ediblər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Seçilən
32
1
azertag.az

2Mənbələr