Polşalı hücumçu Robert Levandovski karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Beşiktaş” və “Fənərbağça” polşalı ulduzu heyətinə qatmaq üçün ilkin danışıqlara başlayıb.
İddia edilir ki, “Beşiktaş”ın maliyyə təklifi rəqibini üstələyir. 37 yaşlı forvard “Barselona”dakı gələcəyi qeyri-müəyyən olduğundan Türkiyəyə keçməyi düşünür.