Bakupost saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Bravo” marketlər şəbəkəsində satılan qida məhsulu müştəri narazılığına səbəb olub.
Bakupost.az xəbər verir ki, bununla bağlı şikayət sosial şəbəkədə paylaşılıb.
Şikayətçinin sözlərinə görə, “Sizlik” markasına aid manna yarmasının üzərində məhsulun adı göstərilmədiyindən, ilk baxışdan onun nə olduğunu anlamayıb. Bundan başqa, qablaşdırmada məhsulun tərkibi ilə bağlı da heç bir məlumat yer almayıb:
"Üzərində məhsulun adını göstərən yazı yox idi. Hətta tərkibi barədə də heç bir məlumat verilməmişdi. Satıcıdan soruşdum ki, bu nə məhsuludur. Dedi ki, üzərində "Sizlik" yazılıb. Baxıb anladım ki, manna yarmasıdır. Amma bunu bilməyənlər də var”.
Mövzu ilə bağlı Bakupost.az -a açıqlamasında Azad İstehlakçılar Birliyinin üzvü Eyyub Hüseynov bildirdi ki, bu cür malın təklif olunması istehlakçı hüququnun açıq-aşkar pozulmasıdır:

"Nazirlər Kabinetinin 94 saylı qərarında göstərilir ki, ölkənin əmtəə bazarında satılan bütün ərzaq malları qablaşdırılmalı və bükülməlidir. Onun üzərində buraxılma tarixi, son yararlılıq müddəti, istehsalçı firmanın adı, saxlanma şəraiti və s. kimi məlumatlar olmalıdır. Əlbəttə, məhsulun adı da qeyd edilməlidir. Bu, anormal haldır. Çox təəssüf ki, Qida Təhlükəsizliyi Agentliyi malların təhlükəsizliyinə nəzarət etsə də, bir müddət markalanma ilə tərkibin uyğunluğu məsələsini araşdırdı, müəyyən yoxlamalar apardı, lakin sonradan bu proses dayandırıldı.
Agentlik həmişə belə halların qarşısını almalıdır. Bu məhsul nədir və nə vaxt qablaşdırılıb məlum deyil. Bu, istehlakçı hüquqlarının pozulmasıdır. 1003 qaynar xətti vasitəsilə Qida Təhlükəsizliyi Agentliyinə mütləq məlumat verilməlidir".
Lalə Novruz, BakuPost


Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.