Axsham.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Corcina Rodrigez nişanlısı “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo ilə bağlı yeni açıqlama yayıb.
Axşam.az xəbər verir ki, o, nişanlısının günlük həyat tərzinin nələrdən ibarət olduğunu açıqlayıb:
"Ronaldo səhər saat 06:00-da oyanır. Oyanan kimi məşq edir. Yeni bir günə güclü və sağlam bədənlə başlamaq üçün səhərlər bol su içir. Daha sonra təxminən bir saat yarım dincəlir və səhər yeməyi yeyir. Adətən meyvə, pendir və yumurta yeyir, sonra yenidən idman zalına gedir.
İki saat ərzində ağırlıq məşqləri edir, sonra fasilə verir. Günorta isə ailəsi və ya dostları ilə vaxt keçirərək dincəlir.
Sonda, yatmazdan əvvəl üzməyə gedir. Bunu yuxudan əvvəl çox yaxşı rahatlama üsulu hesab edir".
Qeyd edək ki, Ronaldonun beş övladı var. Onlardan yalnız ikisi Corcinadandır: Alana Martina və əkiz qardaşını itirən Bella Esmeralda. Ronaldonun ən böyük varisi Kriştianu Jr.-dır. Futbolçu onun anasının kimliyini gizlədir. Əkizlər Mateo və Eva surroqat anadan dünyaya gəliblər.
Corcina və Ronaldo 2016-cı ildən münasibətdədirlər. Bir müddət əvvəl Ronaldo ona evlilik təklifi edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.