AZ

Tarixin 18 martı...

Bu gün tarixin səhifələrində 18 martdayıq.

Hit.az bildirir ki, bu tarix də bir sıra mühüm və unudulmaz hadisələrlə yaddaşlarda qalıb.

18 mart qəhrəmanlıq dastanı, görkəmli şəxslərin doğumu və ölümü kimi illərlə tarixə həkk olunub. İlk növbədə qeyd edək ki, 18 mart Azərbaycanda və qardaş Türkiyədə Çanaqqala Zəfəri və Şəhidləri Anma Günüdür. Dünyada isə bu gün Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən Beynəlxalq təkrar emal günü kimi qeyd olunur. Bundan əlavə, 18 mart Monqolustanda Kişilər və əsgərlər günüdür. Beləliklə, tarixin 18 martına daha yaxından nəzər salaq...

18 martda nələr baş verib?
1915-ci ildə Birinci Dünya müharibəsi zamanı Mustafa Kamal Atatürkün komandanlığı ilə Çanaqqala müharibəsi zəfərlə yekunlaşıb. Müharibədə 3 mindən çox Azərbaycan türkü qəhrəmancasına şəhid olub. 1991-ci ildə Xəzər Universiteti təsis edilib. 2010-cu ildə Azərbaycan və Fici arasında diplomatik əlaqələr qurulub. 1965-ci ildə Sovet kosmonavtı Aleksey Leonov “Vosxod 2” kosmik gəmisini 12 dəqiqəlik tərk edərək açıq kosmosa çıxan ilk insan kimi tarixə düşüb. 1984-cü ildə isə Kamerun milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb.

18 martda doğulanlar:
1961-ci Milli Qəhrəman, Birinci Qarabağ müharibəsi şəhidi Rafiq Nəsrəddinov, 1906-cı ildə bəstəkar Moisey Vaynşteyn, 1931-ci ildə şair Əli Kərim və 1945-ci ildə sabiq futbolçu və baş məşqçi Mübariz Zeynalov dünyaya gəlib.

Xaricdə isə 1496-cı ildə Fransa kraliçası Mariya Tüdor, 1837-ci ildə 22 və 24-cü ABŞ prezidenti Qrover Klivlend, 1844-cü ildə rus bəstəkar Nikolay Rimski-Korsakov, 1869-cu ildə Böyük Britaniya baş naziri Nevill Çemberlen, 1919-cu ildə fransız müğənni Mişel Arnaud, 1929-cu ildə alman yazıçı Krista Volf, 1952-ci ildə Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili, 1963-cü ildə yapon bəstəkar Yoko Kanno və 1979-cu ildə amerikalı müğənni Adam Levin doğulub. 

18 martda vəfat edənlər:
1979-cu ildə Xalq artisti, xanəndə Xan Şuşinski, 1980-cı ildə Xalq artisti, aktyor Yusif Vəliyev, 2008-ci ildə Xalq rəssamı Maral Rəhmanzadə, 1913-cü ildə Yunanıstan kralı I Georq, 1965-ci ildə Misir və Sudan kralı I Faruq, 1983-cü ildə İtaliya kralı II Umberto, 2017-ci ildə amerikalı müğənni Çak Berri vəfat edib.

Pərviz
 

Seçilən
51
hit.az

1Mənbələr