AZ

Krasnodar şəhərinə dron hücumları edilib

Ayna saytından alınan məlumata görə, ain.az bildirir.

Bir nəfər həlak olub: tibb mərkəzi, avtomobillər və evlər zədələnib

18 martda Krasnodar diyarı dron hücumuna məruz qalıb. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu barədə Kuban meri Yevgeni Naumov deyib. Bildirib ki, Prikubanski rayonunda dron çoxmərtəbəli binadakı mənzilə zərər vurub və yanğına səbəb olub. Bir nəfər həlak olub.

Eyni rayonda dron qalıqları çoxmənzilli binanın həyətində tapılıb. Qərb rayonunda isə eyvanda dron qalıqları tapılıb.

Mer daha sonra bildirib ki, dron hücumu dəf edildikdən sonra dron qalıqları Yubileyni rayonunda tibb mərkəzinin damına və elektrik xəttinə zərər verib. Sakinlər qismən elektriksiz qalıblar. Yanğınsöndürənlər yanğını söndürüblər.

Dron qalıqları eyni məhəllədəki daha iki yerə - fərdi evin və çoxmənzilli binanın həyətlərinə düşüb. İnfrastruktura heç bir ziyan dəyməyib.

Qalıqlar Festivalnı rayonundakı fərdi evin həyətində də tapılıb. Qonşu mənzil binasının şüşəsi zədələnib.

Krasnodar diyarı xüsusi təyinatlı qrupundan bildirilib ki, dron qalıqları Mərkəzi Rayonda şəxsi evin divarına və pəncərələrinə, eləcə də otel dayanacağındakı yeddi avtomobilə zərər vurub. Prikubanski rayonunda bir evin və bir mənzilin damı zədələnib, eyvan isə dağılıb. Dayanacaqdakı təxminən on avtomobil qəlpə ilə zədələnib.

İlkin məlumatlara görə, itki yoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
74
ayna.az

1Mənbələr