Fanat saytına istinadən ain.az xəbər verir.
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin hər iki oyununda "Çelsi"ni darmadağın edərək (5:2, 3:0) 1/4 finala yüksələn PSJ-nin baş məşqçisi Luis Enrike Londondakı matçın ardından fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"Oyun ərzində sabit futbolla diqqət çəkdik. Cavab görüşü fərqli alındı: əks-hücumlarda dəqiq olduq və iki qol vuraraq işi bitirdik. Belə matçlarda oyunu nəzarətdə saxlamaq çətindir. "Çelsi"nin sürətli hücumlar quran kollektiv olduğunu bilirik. Təbii ki, topa sahib olmaq da asan deyildi, lakin biz bu işin öhdəsindən layiqincə gəldik və əks-həmlələrdə effektli göründük. Məhz bu məqam sonda bizə uğur gətirdi. Layiqli qələbə qazandıq".
Xatırladaq ki, PSJ 1/4 finalda "Liverpul" - "Qalatasaray" cütünün qalibi üz-üzə gələcək.
Toğrul
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.