AZ

ABŞ səmasında təşviş: Göy üzündə...

ABŞ-nin Ohayo və Pensilvaniya ştatlarında səmada nəhəng “od topu” sakinlər arasında narahatlığa səbəb olub. 

“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, saatda təxminən 72 min kilometr sürətlə hərəkət edən meteor 250 ton trotil (TNT) gücünə bərabər enerji ilə parçalanıb.

ABŞ Milli Aeronavtika və Kosmik Agentliyi (NASA) hadisə ilə bağlı açıqlamasında bildirib ki, Ohayonun şimalında eşidilən və hiss olunan partlayışın mənbəyi meteor olub.

Meteor güclü partlayış səsi yaradıb, bəzi ərazilərdə binaların yüngül şəkildə silkələnməsinə səbəb olub.

NASA-nın Meteoroid Mühit Ofisinin rəhbəri Bill Kukun sözlərinə görə, təxminən 1,8 metr diametrində və 7 ton ağırlığında olan kosmik cisim parçalanmadan əvvəl saatda 72 min kilometr sürətlə cənub-şərq istiqamətində hərəkət edib.

ABŞ Milli Hava Xidməti (NWS) isə bildirib ki, Qərbi Pensilvaniya və Şərqi Ohayo ərazilərindən güclü partlayış səsi və “od topu” müşahidəsi ilə bağlı çoxsaylı məlumatlar daxil olub. Qurumun peyk məlumatları bunun böyük ehtimalla atmosferə daxil olan meteor olduğunu göstərir.

Yerli təhlükəsizlik orqanları hadisə ilə bağlı çoxsaylı müraciətlərin daxil olduğunu açıqlasa da, indiyədək hər hansı can itkisi və ya ciddi dağıntı qeydə alınmayıb.

Seçilən
34
3
cebheinfo.az

4Mənbələr