AZ

Mənzilə görə ödənilən “ƏDV geri al” keşbekindən niyə imtina edilir? – Hər 10 müraciətdən 3-nə imitna gəlib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması davam etdirilir.

Banker.az DVX-yə istinadən xəbər verir ki, 2026-cı ilin martın 1-dək portal üzərindən vətəndaşlar tərəfindən ümumilikdə 28 237 müraciət olub. Bu müraciətlərdən 17 072-si üzrə 90,7 mln. manat vəsaitin vətəndaşlara ödənilməsi təmin olunub. Eyni zamanda, 9 234 müraciətə müvafiq qaydaların tələblərinə uyğun olaraq imtina edilib və ya ödəniş üzrə əməliyyatlar uğursuz olub. Demək olar ki, öncəki ildəki kimi hər 10 müraciətin 3-ə imitina gəlib.

2025-ci ilin müvaqif dövründə 21 346 müraciət daxil olmuşdu. Bu müraciətlərdən 11 930-u üzrə təxminən 60,4 mln. manat vəsaitin vətəndaşlara ödənilməsi təmin edilmişdi. Təxminən 7 000-ə yaxın müraciətə isə qaydalara uyğun gəlmədiyi üçün imtina verilmişdi.

2026-cı ilin ilk 2 ayı ərzində portal vasitəsilə ümumilikdə 1 265 müraciət daxil olub. Həmin müraciətlərdən 964-ü üzrə 6 mln manatdan çox vəsaitin ödənilməsi təmin olunub. 206 müraciət üzrə isə imtina qərarı verilib və ya əməliyyatlar uğursuz olub.

DVX-dan bildirilib ki, vətəndaş müraciətlərinə imtina verilməsinin əsas səbəbləri sırasında son ödəniş tarixindən etibarən 90 gün ərzində müraciətin edilməməsi, ödəniş təyinatında e-qaimə məlumatlarının əks olunmaması, ödəniş zamanı ƏDV və əsas məbləğin ayrı-ayrılıqda ödənilməməsi, eləcə də ödənişlərin başqa şəxslər tərəfindən həyata keçirilməsi yer alır.

Qeyd edək ki, ödənişin tam və ya bir hissəsi alıcı tərəfindən deyil, başqa şəxs tərəfindən aparıldıqda, müraciətlər ödəniş tarixinə həmin nümayəndənin səlahiyyətini notarial qaydada təsdiq edən etibarnamə olduğu halda nəzərə alınır. Bundan əlavə, yaşayış və qeyri-yaşayış sahəsinin dəyəri (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləği isə satıcının depozit hesabına ödənildiyi təqdirdə, məbləğ geri qaytarılır.

Seçilən
19
27
banker.az

10Mənbələr