AZ

“Yenidən birləşmək” müqabilində enerji ZƏMANƏTİ: Çindən Tayvana yeni TƏKLİF

Çin Tayvana Pekinlə “birləşmək” müqabilində enerji sabitliyi təklif edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Çin rəhbərliyi Tayvana Pekinlə “yenidən birləşmək” razılığına gəlməsi müqabilində adada enerji sabitliyini tam təmin etməyi təklif edib.

Əlavə olaraq qeyd edək ki, Tayvanın enerji təhlükəsizliyi və resurslardan asılılığı adanın ən həssas məsələlərindən biri hesab olunur.

Rəsmi Pekin Tayvanı özünün ayrılmaz tərkib hissəsi kimi görür və adanın qitə Çini ilə birləşməsi üçün həm siyasi, həm də iqtisadi rıçaqlardan, eləcə də bu cür cəlbedici vədlərdən fəal şəkildə istifadə edir.

Çinin bu strateji təklifinin Tayvan rəhbərliyi tərəfindən necə qarşılanacağı beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.

Xuraman Etibarlı

İnterpress.az


Seçilən
67
interpress.az

1Mənbələr